Tramp və Zelenski Roma papasının dəfn mərasimində görüşüb

ABŞ prezidenti Donald Tramp Vatikanda Roma Papası Fransiskin dəfn mərasimindən sonra ukraynalı həmkarı Volodimir Zelenski ilə əlavə danışıqların aparılması haqda razılığa gəlib.

Day.Az xəbər verir ki, bu barədə "Sky News" öz mənbələrinə istinadən məlumat yayıb.

Bundan əvvəl xarici KİV-də vida mərasimindən əvvəl iki siyasətçi arasında qısa görüşün keçdiyi barədə məlumat yayılmışdı. Məlumatı Ukrayna prezidentinin mətbuat ktaibi Sergey Nikiforov da təsdiqləmişdi. Qısa görüşün təfərrüatı barədə məlumat verilmir.