https://news.day.az/azerinews/1747982.html
Ağ Ev Tramp-Zelenski görüşü barədə açıqlama yayıb
ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Romada keçirilən görüş məhsuldar olub. Day.Az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Stiven Çun "Reuters" agentliyinə açıqlama verib. "Onlar bu gün özəl şəkildə görüşdülər və çox məhsuldar bir söhbət apardılar", - deyə Ağ Evin nümayəndəsi qeyd edib.
Ağ Ev Tramp-Zelenski görüşü barədə açıqlama yayıb

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Romada keçirilən görüş məhsuldar olub.
Day.Az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Stiven Çun "Reuters" agentliyinə açıqlama verib.
"Onlar bu gün özəl şəkildə görüşdülər və çox məhsuldar bir söhbət apardılar", - deyə Ağ Evin nümayəndəsi qeyd edib.
Çun əlavə edib ki, görüşün digər detalları bir müddət sonra açıqlanacaq.
Bundan əvvəl "The New York Times" (NYT) qəzeti Zelenski Romada keçiriləcək görüş zamanı Trampa münaqişənin həlli ilə bağlı təkliflər təqdim edə biləcəyini yazırdı.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре