Azərbaycan və İranın istehsalçıları birgə istehsalı inkişaf etdirə bilərlər

Azərbaycan və İranın istehsalçıları birgə istehsalı inkişaf etdirə bilərlər.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

"İran və Azərbaycan istehsalçıları birlikdə məhsullar istehsal edə bilərlər. Birgə istehsalla yanaşı sahibkarlar birgə şəkildə yatırımlar edə və birlikdə hərəkət edə bilərlər", - o bildirib.

Onun sözlərinə görə, bununla da iki ölkə istehsal, elm, mədəniyyət, siyasət sahələrində birlikdə hərəkət edə bilər.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən İran ilində (20 mart 2024 -20 mart 2025) İran və Azərbaycan arasında qeyri-neft ticarət dövriyyəsi 712 milyon dollar dəyərində təxminən 872 min ton təşkil edib. İki ölkə arasında ticarət dövriyyəsi öncəki illə müqayisədə dəyər baxımından 6%, çəki baxımından 9,4 artıb.