https://news.day.az/azerinews/1749039.html
Cüdoçumuz zədələndi - Dünya çempionatını buraxacaq
Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Murad Fətiyev zədələnib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb.
Cüdoçumuz zədələndi - Dünya çempionatını buraxacaq

Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Murad Fətiyev zədələnib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb.
Cüdoçumuz həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib çıxıb.
M.Fətiyev zədə səbəbindən iyunun 13-dən 20-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре