"Məni xına məclislərinə çağırın" - Əməkdar artist
Əməkdar artist Vasif Məhərrəmli açıqlaması ilə diqqət çəkib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, o, kişi həmkarlarının xına məclislərinə getməsindən danışıb.
Verilişin aparıcısı Vüsalə Əlizadə sənətçiyə belə cavab verib:
"Xına məclislərində bir çox kişi müğənni ilə bir oluram. Bu yaxınlarda bir məclisdə Nəsimi Məmmədovun bir ifasını xanımına hədiyyə etmişdi. Müğənnilər Azad Şabanov, Ayaz Babayev, Ceyhun və Rəsulla xına mərasimlərində çox oluram. Onların repertuarında sevgi mahnıları var. Orada da bu mahnı sədaları altında qonaqlar rəqs etmək istəyirlər"
Məhərrəmli heç vaxt belə məclisdə iştirak etmədiyini deyərək çağırış edib:
"Xına məclislərində olmuram. Məni xına məclislərinə çağırın".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре