Kamran Əliyev yenidən Baş prokuror təyin ediləcək

Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan Respublikası Prezidentinin təqdimatı Milli Məclisə daxil olub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə təyin olunmasına razılıq verilməsi təklif edilir.
Qərar layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə edilib.
Məlumat üçün bildirək ki, Kamran Əliyev 2020-ci il mayın 1-də Prezident İlham Əliyevin Sərəncamı ilə Baş prokuror təyin edilib. 2021-ci il noyabrın 23-də ona I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре