Bakı metrosunda enejinin verilişində məhdudiyyətlər aradan qaldırıldı - YENİLƏNİB

18:00
Bakı metropoliteninin "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.
Day.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilir ki, bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib:
"Qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb.
Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir".
---------
15:13
"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.
Bu barədə Day.Az-a Bakı Metropoliteni İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edən Bakı metropoliteninin dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir.
Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре