Bakıda keçirilən marafon bir növ ekstrimdir

Bakıda küləyə qarşı qaçmaq - bir növ ekstrimdir.

Bu barədə Trend-ə bu gün "Bakı Marafonu 2025"in gümüş mükafatçısı ukraynalı idmançı Vitali Şafar bildirib.

"Mən 25 ildir marafonlarda iştirak edirəm və ilk dəfə Kiyevdən Bakıya gəlmişəm - çox gözəl şəhərdir", - deyə o vurğulayıb.

 

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2025" baş tutub.

"Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2025" üçün bu il rekord sayda - 28 minədək iştirakçı qeydiyyatdan keçib. Marafon 21 kilometr məsafəni əhatə edib.