Mili Məclisin xüsusi iclası keçiriləcək

Milli Məclisin "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunmuş xüsusi iclası keçiriləcək.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirib ki, iclas mayın 8-də saat 11:00-da baş tutacaq.