Moskva hava limanlarında reyslər təxirə salınıb

Moskva hava limanlarında 400-dən çox reys təxirə salınıb.

Day.Az Milli.Az-a istinadən bildirir ki, Ukraynanın pilotsuz uçuş aparatlarının hücumları səbəbindən Moskva hava limanlarında 400-dən çox reys təxirə salınıb, 50 min sərnişin zərər çəkib.

100 mindən çox sərnişinin uçuşu isə uzun müddətə gecikib. Sərnişinlər biletlərini qaytarmaq və ya yenidən bron etmək üçün növbələrə dururlar. Bakı-Moskva-Bakı aviareyslərində də problemlər yaşanır.