Nəqliyyatda nağdsız ödəniş sistemində yaranan problem aradan qaldırılıb? - AÇIQLAMA
Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, səbəb QR generasiyasında texniki problemin yaranmasıdır.
"Hazırda problem aradan qaldırılıb və sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər", - qurumdan məlumat verilib.
***
"BakıKart"da problem yaranıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 1 saatdan çoxdur ki, ictimai nəqliyyatda QR-la ödənişlər etmək mümkün deyil.
Belə ki, "M10" və "Birbank" tətbiqləri vasitəsilə edilən ödənişlər "BakıKart" cihazlarındakı problem səbəbindən köçməyib.
Nəticədə ictimai nəqliyyat vasitələrində növbələr baş verib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре