https://news.day.az/azerinews/1751990.html
Bu ölkədə şahmat qadağan edildi
Əfqanıstanda Taliban hökuməti qeyri-müəyyən müddətə şahmatı qadağan edib. Day.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Rəsmilərin məlumatına görə, qadağa qeyd olunan masaüstü oyunun İslam şəriəti ilə nə dərəcədə uyğunluğunun İslam alimləri tərəfindən dəqiqləşdirildiyi vaxta qədər qüvvədə qalacaq.
Bu ölkədə şahmat qadağan edildi

Əfqanıstanda Taliban hökuməti qeyri-müəyyən müddətə şahmatı qadağan edib.
Day.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Rəsmilərin məlumatına görə, qadağa qeyd olunan masaüstü oyunun İslam şəriəti ilə nə dərəcədə uyğunluğunun İslam alimləri tərəfindən dəqiqləşdirildiyi vaxta qədər qüvvədə qalacaq.
Belə ki, Taliban hökuməti şahmatın qumar mənbəyi ola biləcəyindən ehtiyat edir.
Qeyd edək ki, bundan əvvəl Taliban ölkədə bütün qadınların idman yarışlarında iştirakına qadağa qoymuşdu.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре