https://news.day.az/azerinews/1752472.html
Azərbaycanda ilk üç ayda yanğınlarda ölənlərin sayı açıqlandı
2025-ci ilin I rübü (ilk üç ay) ərzində respublika ərazisində 4154 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2024-cü ilin I rübü ilə müqayisədə 866 hadisə və ya 26% çoxdur. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Azərbaycanda ilk üç ayda yanğınlarda ölənlərin sayı açıqlandı

2025-ci ilin I rübü (ilk üç ay) ərzində respublika ərazisində 4154 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2024-cü ilin I rübü ilə müqayisədə 866 hadisə və ya 26% çoxdur.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 20 nəfər həlak olmuş, 85 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 18 nəfər xilas edilib, 229 nəfər təxliyə olunub.
Təhqiqatı aparılmış 403 yanğın hadisə nəticəsində ümumilikdə 16 nəfər həlak olub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре