"Həmin xanım bilsəydi ki, şəkli bulağın başına qoyulub..."

Aparıcı Ülvira Qarayeva Qubanın Ənik kəndində rastlaşdığı maraqlı bir tarixçəni izləyiciləri ilə bölüşüb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, aparıcı bulağın başına qoyulan yapon bir qadınla yerli əhalidən olan bir gəncin sevgi hekayəsini danışıb:

"Qubanın Ənik kəndində bir bulaq var. Bulağın başında yapon bir qadının şəkli qoyulub. Burada yaşayan bir gənc bir müddət Yaponiyada qalır. Bir-birilərini sevirlər. Amma elə olur ki, evlənə bilmirlər. Onu Azərbaycana gətirdə bilmir. Əvəzində şəklini gətirir. İllərdir bu yapon qadın bu bulağın başındadır. Məncə o xanım bilsəydi ki, onun yeri burada, bulağın başındadır, elə özü durub gələrdi. Sevgiyə bax. İllərdir buradadır, təsəvvür edirsiniz?".