İran Azərbaycanla qardaşlıq əlaqələrinin tərəfdarıdır

İran region ölkələri, o cümlədən, Azərbaycanla səmimi münasibətlər və qardaşlıq əlaqələrinin tərəfdarıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İranın Kirmanşah vilayətində iş adamları ilə baş tutan görüşdə deyib.

Onun sözlərinə görə, İran regionun bütün ölkələri - Azərbaycan, Türkmənistan, Rusiya, Əfqanıstan, Pakistan, İraq, Səudiyyə Ərəbistanı ilə bərabərlik və hərtərəfli əlaqələrin tərəfdarıdır.

İran prezidenti bildirib ki, region və qonşu ölkələrlə qarşıdurmaya və başqalarının bundan faydalanmasına heç bir səbəb yoxdur.