https://news.day.az/azerinews/1753645.html
"Sabah"ın U-10 komandası Kazanda gümüş medal qazandı
Rusiyanın Kazan şəhərində təşkil olunan "East Cup Kazan" beynəlxalq futbol turniri başa çatıb. Day.Az xəbər verir ki, Azərbaycanın "Sabah" klubunun U-10 komandası finalda meydan sahibi "Rubin" (Kazan) komandası ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada "Sabah" 3:4 hesabı ilə məğlub olub və turnirin gümüş medalına sahib çıxıb.
"Sabah"ın U-10 komandası Kazanda gümüş medal qazandı

Rusiyanın Kazan şəhərində təşkil olunan "East Cup Kazan" beynəlxalq futbol turniri başa çatıb.
Day.Az xəbər verir ki, Azərbaycanın "Sabah" klubunun U-10 komandası finalda meydan sahibi "Rubin" (Kazan) komandası ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada "Sabah" 3:4 hesabı ilə məğlub olub və turnirin gümüş medalına sahib çıxıb.
Komandaya baş məşqçi Məhərrəm Müslümzadə rəhbərlik edib. Turnirdə fərdi mükafata da layiq görülən "Sabah"ın futbolçusu Muronur Əlili yarışın ən yaxşı oyunçusu seçilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре