https://news.day.az/azerinews/1754167.html
Sumqayıtda partlayış zamanı xəsarət alanların vəziyyəti AÇIQLANDI
Sumqayıt şəhərində baş verən partlayış səbəbilə 20.05.2025-ci il tarixində saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Sumqayıtda partlayış zamanı xəsarət alanların vəziyyəti AÇIQLANDI
Sumqayıt şəhərində baş verən partlayış səbəbilə 20.05.2025-ci il tarixində saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır",- deyə əlavə edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре