Lənkəranda marketdə partlayış olub, xəsarət alan var

Lənkəranda mağazada partlayış baş verib.

Day.Az Cenublu.az-a istinadən xəbər verir ki, hadisə Şovu kəndində mağazaların birində qeydə alınıb. Partlayış o qədər güclü olub ki, mağazanın qapılarını yerindən çıxarıb, tavanı dağıdıb, şüşələri qırıb.

Partlayış zamanı mağazada olan Mahir Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, partlayışa soyuduculardan birinin qaz balonunun sıradan çıxması səbəb olub.

Qeyd edək ki, ərzaq məhsulları satılan mağazanın sahəsi təqribən 20 kv. metrə yaxındır.

Fakt üzrə araşdırma davam etdirilir.