İyunda Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

İyun ayında Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının bu gün keçirilən sonuncu iclasında məlumat verib.
Spiker bildirib ki, bununla bağlı təkliflər olub və müvafiq qərar verilib.
Məlumat üçün bildirək ki, qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.
Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də bitir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре