Körpə buna görə ÖLÜ DOĞULUBMUŞ - Kürdəmirdə DƏHŞƏT
29.05.2025-ci il tarixində saat 12:30 radələrində 1993-cü il təvəllüdlü hamilə yalançı doğum sancıları diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.
Day.Az xəbər verir ki, bu barədə Ajans.az-ın TƏBİB-dən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 32 yaşlı qadının körpəsi ölü doğulmasının səbəbləri ilə bağlı sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, təcili və təxirəsalınmaz yardımlar edilən pasiyentin vəziyyəti stabilləşib:
"Pasiyentə stasionar yatış tövsiyə edilsə də o, bundan imtina edib. Bu barədə şöbənin qəbul və imtina jurnalında qeydlər də aparılıb.
Daha sonra 30.05.2025-ci il tarixində saat 13:00 radələrində hamilə qadın ciftin dəqiqləşməmiş vaxtından əvvəl ayrılması diaqnozu ilə yenidən Doğum şöbəsinə hospitalizasiya olunub. Dərhal həkimlər konsilium keçirilib və hamilə təcili Əməliyyat blokuna alınaraq qeysəriyyə kəsiyi əməliyyatının icrasına başlanılıb. Əməliyyat nəticəsində ana bətnindən ölü döl xaric edilib.
Pasiyent əməliyyatdan sonra Reanimasiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil qiymətləndirilir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре