https://news.day.az/azerinews/1757879.html
Tiktoker məhkəməyə çıxarıldı
"Beniz" adı ilə tanınan məşhur tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində ilk məhkəmə hazırlıq iclası baş tutub. Day.Az Milli.Az-a istinadən bildirir ki, iclas hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilib.
Tiktoker məhkəməyə çıxarıldı

"Beniz" adı ilə tanınan məşhur tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində ilk məhkəmə hazırlıq iclası baş tutub.
Day.Az Milli.Az-a istinadən bildirir ki, iclas hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilib.
Hazırlıq mərhələsində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasına qərar verilib. Həmçinin işin məhkəmə baxışına verilməsi təsdiqlənib.
Növbəti hazırlıq iclası 10 iyun tarixinə təyin olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре