“Nə qədər xəyanət etmişəm, yalan danışmışam, ikiüzlülük etmişəm...”

"Nə qədər yalan danışmışam, nə qədər əyri yollara getmişəm, qeybət etmişəm. Nə qədər xəyanət etmişəm, yalan danışmışam, ikiüzlülük etmişəm...".

Day.Az Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri "Gün ortası" verilişində meyxanaçı Ağamirzə Məmmədov deyib.

"Heyvanlara baxıram, hərdən deyirəm ki, kaş bunların yerinə mən olaydım. Heyvanlar o günahların heç birini etməyiblər. Mən gecə-gündüz Allaha yalvarıram ki, hamını bağışlasın, biz də onların içində", - o bildirib.