Laçındakı qəbiristanlıqlarda abadlıq işləri aparılır

Laçındakı qəbiristanlıqlarda abadlıq işləri aparılır.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Abadlıq Xidməti"nin memarı Elnur Abdullayev deyib.

O bildirib ki, Laçın şəhərinin ərazisində dörd qəbiristanlıq mövcuddur.

"Bunlar Yuxarı Laçın, Qarıkaha, Abdallar və şəhər qəbiristanlığıdır.

Mütamadi olaraq bu qəbirstanlıqlara şəxsi təşəbbüs olaraq xidmət göstəririk.

Laçın Abadlıq Xidməti tərəfindən Novruz bayramı ərəfəsində sakinlərin yaxınlarının məzarlarını ziyarət edəcəyini düşünərək, adıçəkilən qəbiristanlıqlarda köklü təmizlik və abadlıq işlərinə başladıq.

Xidmətimizin şəxsi təşəbbüsünə şəhər sakinləri də qoşularaq, təmizlik və abadlıq işlərində yaxından iştirak etdilər", - o qeyd edib.