Bu şəxslərin cinayət məsuliyyətindən azad edilməsi yalnız bir dəfə mümkün olacaq
Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmənin əhatə dairəsi genişləndirilir.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
Təklif edilən dəyişikliyə əsasən, şəxs yuxarıda nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре