https://news.day.az/azerinews/1763504.html
Millimiz Qazaxıstanda çempion olub
Bu gün qızlardan ibarət basketbol üzrə U-16 millimizin Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində son oyunları baş tutub.
Millimiz Qazaxıstanda çempion olub

Bu gün qızlardan ibarət basketbol üzrə U-16 millimizin Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində son oyunları baş tutub.
Day.Az xəbər verir ki, U-16 seçməmiz turnirin son oyunlarında Qazaxıstanın "Barsy Atrau" klubuna 68:32, Rusiyanın "MBU Volqoqrad" klubuna isə 58:47 hesabları ilə qalib gələrək, "Airom Cup" beynəlxalq turnirinin çempionu olub.
Qeyd edək ki, qızlarımız bu çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıblar.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре