https://news.day.az/azerinews/1764335.html
Ağdamda minaya düşən şəxsin SON VƏZİYYƏTİ
30.06.2025-ci il tarixində saat 01:50 radələrində Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Bu barədə Day.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Ağdamda minaya düşən şəxsin SON VƏZİYYƏTİ

30.06.2025-ci il tarixində saat 01:50 radələrində Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Day.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd edilib ki, 1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib:
"Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir".
Qeyd edək ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре