Bakı-Qazax qatarından istifadə edən sərnişinlərin sayı AÇIQLANIB

İyunun 15-dən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadıb.
Bəs, indiyə qədər bu reyslərdən neçə sərnişin istifadə edib?
Day.Az bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 15-29 iyun tarixlərində 595 nəfər Bakıdan Qazaxa gedib.
Bildirilir ki, eyni zamanda 474 nəfər isə sürətli qatarlar vasitəsilə Qazaxdan Bakıya gəlib.
Qeyd edək ki, qatarlar hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazax-Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре