https://news.day.az/azerinews/1764858.html Şuşada İƏT-in Biznes Forumu keçirilir - FOTO Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznəs Forumu keçirilir. Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbir Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan "İƏT Həftəsi" çərçivəsində baş tutur.

Şuşada İƏT-in Biznes Forumu keçirilir - FOTO

Azərbaycanca, 2 июля 2025 11:37 (UTC +04:00) 435
Şuşada İƏT-in Biznes Forumu keçirilir

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznəs Forumu keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbir Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan "İƏT Həftəsi" çərçivəsində baş tutur.

Forum İqtisadiyyat Nazirliyi, AZPROMO, İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutur.

Forumun əsas məqsədi İƏT-ə üzv ölkələr arasında investisiya və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafa töhfə verməkdir.

Tədbir çərçivəsində ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sahələrində tərəfdaşlıq imkanları müzakirə olunacaq. Həmçinin "biznes-dövlət" (B2G) və "biznes-biznes" (B2B) formatlarında görüşlər keçiriləcək.

Qeyd edək ki, Forum İƏT regionunda iqtisadi əlaqələrin genişlənməsi baxımından mühüm platforma hesab olunur.

Xəbər yenilənəcək

  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
  • Şuşada İƏT-in Biznes Forumu keçirilir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости