Bu il Ələt Azad İqtisadi Zonasında 2 fabrik açılacaq

Ələt Azad İqtisadi Zonasında bu il 2 fabrik açacağıq. 10 şirkət artıq qeydiyyatdan keçməkdədir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədr müavini İsmayıl Manafov Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda çıxışı zamanı deyib.

"İnvestorlarla razılaşmışıq ki, multimodal karqo hava limanı yaradaq. Bu layihənin icrasına artıq başlanılıb və 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir. Hava limanı 500 min ton illik potensiala malikdir. Bu göstərici 2 milyon tona qədər artacaq", - deyə o vurğulayıb.

İ.Manafov qeyd edib ki, əsas məqsəd investorları cəlb etmək və ixracı inkişaf etdirməkdir.