Prezident İlham Əliyev, Prezident Şavkat Mirziyoyev və Prezident Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdirdilər.

Bildirildi ki, hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılıb.