https://news.day.az/azerinews/1765445.html Şahbaz Şərif İƏT çərçivəsində aşağı karbonlu dəhlizlərin yaradılmasını təklif edib Pakistanın Baş-naziri Şahbaz Şərif İƏT çərçivəsində aşağı karbonlu dəhlizlərin yaradılmasını təklif edib. Day.Az-ın Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Şahbaz Şərif İƏT 17-ci zirvə-görüşündə çıxışında deyib.

Şahbaz Şərif İƏT çərçivəsində aşağı karbonlu dəhlizlərin yaradılmasını təklif edib

Azərbaycanca, 4 июля 2025 14:49 (UTC +04:00) 377
Şahbaz Şərif İƏT çərçivəsində aşağı karbonlu dəhlizlərin yaradılmasını təklif edib

Pakistanın Baş-naziri Şahbaz Şərif İƏT çərçivəsində aşağı karbonlu dəhlizlərin yaradılmasını təklif edib.

Day.Az-ın Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Şahbaz Şərif İƏT 17-ci zirvə-görüşündə çıxışında deyib.

"Pakistan aşağıkarbonlu dəhlizlərin, ümumtəşkilati karbon bazarı platformasının və təbii fəlakətlərə qarşı regional dayanıqlılıq sistemlərinin hazırlanmasını təklif edir.

İqlim maliyyələşməsinin səfərbər olunması üçün xüsusi strukturun yaradılması, regional təmiz enerji dəhlizləri və ekoturizm sahəsində təşəbbüslərlə yanaşı, inklüziv və dayanıqlı artımı təşviq edə bilər. Bu, xüsusilə gənclər və qadınlar üçün 'yaşıl' iş yerlərinin yaradılmasına və həssas regionlarda dolanışıq vasitələrinin dəstəklənməsinə xidmət edəcək",- deyə o bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости