https://news.day.az/azerinews/1765914.html
Ucarda qəza olub, xəsarət alanlar var - FOTO
Ucarda qəza olub, xəsarət alanlar var. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.
Ucarda qəza olub, xəsarət alanlar var - FOTO

Ucarda qəza olub, xəsarət alanlar var.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.
Göyçay rayon sakini Arzu İkram qızı Feyzullayevanın idarə etdiyi " KİA" və Bakı şəhər sakini Mahir Bəylər oğlu Şükürovun idarə etdiyi "Lexus" markalı minik avtomobilləri toqquşub. Nəticədə Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Türkan İlqar qızı Orucova, 2016-cı il təvəllüdlü Məriyəm Bəylər qızı Şükürlü və 2014-cü il təvəllüdlü Məltəm Mahir qızı Şükürlü müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре