Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılacaq

Kiçik Mərdəkan qəsri tarixi abidəsində bərpa işlərinə başlanılacaq.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, bərpa işlərinin 2025-ci il ərzində başlanılması planlaşdırılır.

Məlumat üçün bildirək ki, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb

Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi qeyd olunub.