https://news.day.az/azerinews/1766380.html
Sel körpünü yuyub apardı, 29 nəfər itkin düşdü
Güclü sel Nepalı Çinlə birləşdirən "Dostluq Körpü"sünü yuyub aparıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində Nepalda ən azı 18, Çində isə 11 nəfər itkin düşüb. Nepalda itkin düşənlər arasında 6 çinli işçi və 3 polis var.
Sel körpünü yuyub apardı, 29 nəfər itkin düşdü

Güclü sel Nepalı Çinlə birləşdirən "Dostluq Körpü"sünü yuyub aparıb.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində Nepalda ən azı 18, Çində isə 11 nəfər itkin düşüb.
Nepalda itkin düşənlər arasında 6 çinli işçi və 3 polis var.
Həmçinin qeyd olunub ki, 8 elektrikli avtomobil də su altında qalıb və kiçik su elektrik stansiyası zədələnib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре