Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Bu ilin birinci yarısında Azərbaycanda avtomobil nəqliyyatı ilə 70,1 milyon ton yük, 900,9 milyon sərnişin daşınıb.
Bu barədə Day.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə yük daşımada 6,9 faiz və sərnişin daşımada 6,2 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 8,1 faiz, sərnişin dövriyyəsi isə 8,3 faiz artıb.
Qeyd edək ki, hesabat dövründə ölkədə yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8 faiz və 5,3 faiz artıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 116,4 milyon ton yük daşınıb. Yüklərin 4 faizi dəniz, 7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 60,1 faizi avtomobil nəqliyyatı, 28,4 faizi isə boru kəməri ilə daşınıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре