https://news.day.az/azerinews/1767276.html
Tramp Aİ və Meksikadan idxal olunan mallara 30% rüsum tətbiq edəcəyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı və Meksikadan idxal olunan məhsullara 30 faizlik gömrük rüsumu tətbiq edildiyini bəyan edib. Day.Az-ın məlumatına görə, bunu Donald Tramp şənbə günü Mexiko və Brüsselə göndərdiyi məktublarda bildirib.
Tramp Aİ və Meksikadan idxal olunan mallara 30% rüsum tətbiq edəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı və Meksikadan idxal olunan məhsullara 30 faizlik gömrük rüsumu tətbiq edildiyini bəyan edib.
Day.Az-ın məlumatına görə, bunu Donald Tramp şənbə günü Mexiko və Brüsselə göndərdiyi məktublarda bildirib.
"Avqustun 1-dən etibarən biz Aİ ilə mövcud olan ticarət kəsirini aradan qaldırmaq məqsədilə Aİ ölkələrindən idxal olunan mallara ümumilikdə 30% rüsum tətbiq edəcəyik", - deyə Tramp qeyd edib.
ABŞ Prezidenti, eyni zamanda, danışıqların davam etdirilməsinin mümkünlüyünü də istisna etməyib.
Sözügedən məktubların surətləri Trampın "Truth Social" platformasındakı hesabında paylaşılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре