Türkiyədə yaşayış binasında güclü yanğın olub

Türkiyənin Ankara vilayətində yanğın baş verib.

Day.Az-ın məlumatına görə, yanğın Çankaya rayonunda yerləşən çoxmərtəbəli binanın 4-cü mərtəbəsində qeydə alınıb.

Məlumata əsasən, hadisə nəticəsində biri körpə olmaqla 3 nəfər həyatını itirib, 20 nəfər isə tüstüdən zəhərlənib.

Türkiyə prokurorluğu yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlayıb.