https://news.day.az/azerinews/1768760.html
Dənizdə batan gənc son anda xilas edildi - VİDEO
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə üzən şəxs batma təhlükəsi ilə üzləşib. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dənizdə batan gənc son anda xilas edildi - VİDEO
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə üzən şəxs batma təhlükəsi ilə üzləşib.
Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Məmmədov Heydər Şaiq oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb və Təcili Tibbi Yardım briqadasına təhvil verilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре