Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirildi

Prezident İlham Əliyev "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədlə Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilib.
Belə ki, məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədilə "Təhsil haqqında" qanunun 18.5-ci maddəsində məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, "Məktəbəqədər təhsil haqqında" qanunun 8.5-ci maddəsində məktəbəhazırlığın həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, eləcə də həmin qanunun 11.4-cü maddəsi ilə müəyyən edilən məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin növlərinə isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri əlavə edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре