Xırdalanda tikilən binada faciə

Abşeron rayonu Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən saat 09 radələrində 1996-cı il təvəllüdlü Nastakalov Anar İsa oğlu fəhlə işlədiyi Xırdalan şəhəri ərazisində tikilməkdə olan çoxmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.