Sabahki günlə bağlı

Günəşdəki koronal dəliklərlə əlaqədar iyulun 23 və 24 tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat yayıb.

"Sabah - çərşənbə günü ərzində, nisbətən uzunmüddətli geomaqnit qasırğalarının baş verməsi mümkündür, pik nöqtəsində isə birinci - minimal səviyyəli zəif maqnit qasırğası qeydə alına bilər. 24 iyul, cümə axşamı günü də maqnit qasırğalarının baş vermə ehtimalı yüksək olaraq qalır", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, maqnit qasırğalarının səbəbi hazırda təxminən Günəş-Yer xətti üzərində yerləşən orta ölçülü tac dəliyidir.