https://news.day.az/azerinews/1770273.html
Türkiyədə meşə yanğınları: xeyli sayda saxlanılanlar var
Türkiyədə son 2 həftə ərzində meşə yanğınlarının törədilməsi ilə bağlı 20-ə yaxın insan saxlanılıb. Day.Az türk KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç açıqlayıb. Türkiyəli nazir Bart vilayətinin Ulus rayonunda meydana gələn və 4 evin yanmasına səbəb olmuş yanğın zonasında olub.
Türkiyədə meşə yanğınları: xeyli sayda saxlanılanlar var

Türkiyədə son 2 həftə ərzində meşə yanğınlarının törədilməsi ilə bağlı 20-ə yaxın insan saxlanılıb.
Day.Az türk KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç açıqlayıb.
Türkiyəli nazir Bart vilayətinin Ulus rayonunda meydana gələn və 4 evin yanmasına səbəb olmuş yanğın zonasında olub.
Yanğından sonra ərazidə səlahiyyətli şəxslərdən məlumat alan Ədliyyə naziri Tunç, jurnalistlərə açıqlamasındada bildirib ki, yanğınlarla əlaqədar 17 nəfər həbs olunub:
"Yanğınların çıxma səbəbləri ilə bağlı Respublika prokurorluqlarımız tərəfindən diqqətlə aparılan istintaqlar nəticəsində 17 nəfər həbs olunub".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре