https://news.day.az/azerinews/1770596.html Qubadlıda ağır qəza - Yaralılar var Qubadlıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qubadlı rayonu ərazisində hərəkətdə olan "Kia K3" markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qubadlıda ağır qəza - Yaralılar var

Azərbaycanca, 28 июля 2025 16:34 (UTC +04:00) 441
Qubadlıda ağır qəza

Qubadlıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qubadlı rayonu ərazisində hərəkətdə olan "Kia K3" markalı minik maşını yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlar - Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü Əliyev Rauf Rafayil oğlu, 1999-cu il təvəllüdlü Alkərəmov İntiqam Mətləb oğlu, 2001-ci il təvəllüdlü Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini 1994-cü il təvəllüdlü Heydərov İlqar Elşən oğlu Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости