https://news.day.az/azerinews/1771449.html
Azərbaycanın İranla sərhədini pozmaq istəyən 2 Əfqanıstan vətəndaşı saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar. Bu barədə Day.Az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Azərbaycanın İranla sərhədini pozmaq istəyən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar.
Bu barədə Day.Az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Belə ki, iyulun 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 nəfər Əfqanıstan vətəndaşı - 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре