https://news.day.az/azerinews/1771976.html
“Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
“Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
Ağdam təmsilçisi III raundda Şimali Makedoniyanın "Şkendiya" klubunu məğlub edəcəyi təqdirdə, pley-off mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarıstan) cütünün qalibi
ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab matçları isə 26-27-də keçiriləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре