https://news.day.az/azerinews/1772276.html
Bu ölkə 100-ə yaxın rusiyalını deportasiya edib
2025-ci ilin ilk yarım ilində Finlandiya hakimiyyəti 90 Rusiya vətəndaşını deportasiya edib, onlardan 16-sı müşayiət altında ölkədən çıxarılıb. Day.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Bu ölkə 100-ə yaxın rusiyalını deportasiya edib

2025-ci ilin ilk yarım ilində Finlandiya hakimiyyəti 90 Rusiya vətəndaşını deportasiya edib, onlardan 16-sı müşayiət altında ölkədən çıxarılıb.
Day.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, ümumilikdə, yanvar-iyun aylarında Finlandiyadan 1,4 min nəfər çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% çoxdur. Deportasiya zamanı 271 xarici vətəndaşı polis müşayiət edib.
Finlandiyadan ən çox deportasiya olunan əcnəbilər arasında Estoniya, Rumıniya, Rusiya və İraq vətəndaşları üstünlük təşkil edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре