https://news.day.az/azerinews/1772346.html
Lisey və gimnaziyalara seçim prosesi başlanır
Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da başa çatacaq. Day.Az xəbər verir ki, bu barədə Trend-ə Təhsil İnstitutundan məlumat verilib.
Lisey və gimnaziyalara seçim prosesi başlanır

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da başa çatacaq.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, "İmtahanlar" bölməsində yerləşən "Lisey seçimi" hissəsindən həyata keçirə bilərlər.
Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanın qərarı ilə nəticələri ləğv edilən şəxslər 8 avqust saat 17:00-a qədər [email protected] elektron ünvanına rəsmi ərizə ilə müraciət edə bilərlər.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре