Astaradakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
Astara rayonunda baş verən kütləvi zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
"Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək", - məlumatda deyilir.
Qeyd edək ki, TƏBİB-in məlumatına görə, 05.09.2025-ci il tarixində saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmət göstərilib.
Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре