Azərbaycan elektrik avtobusların yığılması layihəsinə start verir

Azərbaycanda elektrik avtobusların yığılması üzrə layihəyə start verilir.

Trend xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli  "Improtex Group" və "MAN Truck & Bus" şirkəti rəhbərliyi ilə elektrik avtobusların yığılması üzrə sazişi imzalayıb.

Layihə ölkədə ekoloji nəqliyyatın inkişafını dəstəkləməyi və elektrik avtobus parkının genişləndirilməsini hədəfləyir.