https://news.day.az/azerinews/1783845.html Türkiyəli rektorlar Zəfər parkını ziyarət ediblər - FOTO Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Türkiyənin İğdır, Qars Qafqaz, Artvin Çoruh, Ağrı İbrahim Çeçen, Bolu İzzet Abant Baysal, Ərzurum Texniki, Van Yüzüncü Yıl və Ardahan universitetlərinin rektorları sentyabrın 27-də - Anım Günündə komitənin əməkdaşları ilə birlikdə Vətən...

Türkiyəli rektorlar Zəfər parkını ziyarət ediblər - FOTO

Azərbaycanca, 28 сентября 2025 10:12 (UTC +04:00) 962
Türkiyəli rektorlar Zəfər parkını ziyarət ediblər

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Türkiyənin İğdır, Qars Qafqaz, Artvin Çoruh, Ağrı İbrahim Çeçen, Bolu İzzet Abant Baysal, Ərzurum Texniki, Van Yüzüncü Yıl və Ardahan universitetlərinin rektorları sentyabrın 27-də - Anım Günündə komitənin əməkdaşları ilə birlikdə Vətən müharibəsinin rəmzlərindən birinə çevrilən Zəfər parkını ziyarət ediblər.

DİDK-dan Day.Az-а verilən məlumata görə, komitə əməkdaşları və qonaqlar xatirə daşının önünə gül dəstələri düzərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirib, yaşadıqları ölkələrin ictimaiyyətinə bu əlamətdar günün mahiyyəti barədə ətraflı məlumat veriblər. Dünyanın 20 ölkəsində fəaliyyət göstərən Azərbaycan Evlərində xatirə guşələri yaradılıb, tədbirlər keçirilib.

  • Türkiyəli rektorlar Zəfər parkını ziyarət ediblər

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости